AZ

Tramp özünü Venesuelanın müvəqqəti prezidenti kimi təqdim edib

Newscenter.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ prezidenti Donald Tramp, özünü Venesuelanın müvəqqəti prezidenti kimi təqdim edib.Newscenter.az TASS-a istinadən bildirir ki, bununla bağlı paylaşım Ağ Ev rəhbərinin Truth Social səhifəsində dərc edilib.Paylaşıma görə, Tramp 2026-cı ilin yanvar ayında Venesuela prezidenti kimi "vəzifəyə başlayıb".Qeyd edək ki, yanvarın 3-də Venesuela xarici işlər naziri İvan Gil Pinto ABŞ-ın Karakasdakı mülki və hərbi hədəflərə hücum etdiyini açıqladı. O, Vaşinqtonun hərəkətlərini hərbi təcavüz adlandırdı. Venesuelada fövqəladə vəziyyət elan edildi. Daha sonra Tramp hücumları təsdiqlədi və Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin ölkədən çıxarıldığını elan etdi. Onlar ABŞ-a təhvil verildi və hazırda Nyu-York şəhərinin həbsxanasında saxlanılır. Anar

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
1
newscenter.az

2Mənbələr