Evdə şəbəkəyə qoşulmuş smartfonlar və digər cihazlar fasiləsiz olaraq elektromaqnit şüalanması yaradır. Məntiq "Wi-Fi" routerini sadəcə söndürməyi təklif edir, lakin bu halda internetə bağlı olmayan bəzi funksiyalar da işləməz hala düşür. Məhz buna görə də yatmazdan əvvəl "Wi-Fi"ı məhz telefonda söndürməyin lazım olub-olmaması ilə bağlı tərəddüdlər yaranır.
Hafta.az xəbər verir ki, bu barədə "Novini.Live" portalı yazıb. Bildirilir ki, bunun faydalı ola biləcəyi bir neçə səbəb var və onların əksəriyyəti sağlamlıq və rahatlıqla bağlıdır.
Gecə "Wi-Fi"ı söndürmək elektromaqnit şüalanmasının təsirini azalda bilər, həmçinin yatmazdan əvvəl ekrana daha az baxmağa və artıq yuxuya getməyə çalışarkən diqqətin yayınmamasına kömək edir.
Bəzi araşdırmalar "Wi-Fi"ın söndürülməsini narahatlığın azalması ilə əlaqələndirir: bildirişlər, titrəyişlər və digər qıcıqlandırıcılar olmadıqda yuxunun keyfiyyəti arta bilər. Praktik bir üstünlük də var - enerji qənaəti. Aktiv bağlantı olmadıqda smartfon daha az enerji işlədir ki, bu da xüsusilə köhnə modellərdə batareyanın ömrünə müsbət təsir göstərə bilər.
Təhlükəsizlik məsələsini də nəzərə almaq lazımdır: müəyyən ayarlarda telefon siz yatarkən avtomatik olaraq mövcud şəbəkələrə qoşula bilər. Bu cür qoşulmalar cihazın təhlükəli və ya zərərli bir şəbəkəyə qoşulması riskini yaradır. Gecə "Wi-Fi"ı söndürmək bu riski də aradan qaldırır.
Xatırladaq ki, elektrik enerjisinə qənaət etmək məqsədilə "Wi-Fi" routerini gecə söndürmək cəhdləri əks-təsir verə bilər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu, internetin işini pisləşdirə, əlavə xərclərə səbəb ola və hətta təhlükəsizlik boşluqları yarada bilər.