AZ

"Qarabağ" "Neftçi" ilə qarşılaşır

Yanvarın 10-da Türkiyəyə təlim-məşq toplanışına yollanan "Qarabağ" hazırlıq çərçivəsində bu gün ilk yoxlama oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, mövsümün ikinci yarısına Antalya şəhərində hazırlaşan Ağdam təmsilçisi Özbəkistan "Neftçi"si ilə gücünü sınayacaq.

"Gloria Sports Arena"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” toplanış çərçivəsində növbəti yoxlama görüşünü yanvarın 16-da Polşanın “Zaqlebie Lubin” komandasına qarşı keçirəcək ki, oyun Bakı vaxtı ilə 19:00-da başlayacaq. 

Antalya toplanışı yanvarın 17-nə qədər davam edəcək.

Azərbaycan Premyer Liqasında növbəti turun oyunları 23-25 yanvarda baş tutacaq.
 

Seçilən
2
1
fanat.az

3Mənbələr