AZ

İndoneziyada Semeru vulkanı püskürüb: kül 5,7 km hündürlüyə qalxıb

İndoneziyada Semeru vulkanı püskürüb: kül 5,7 km hündürlüyə qalxıb

İndoneziyanın Şərqi Yava əyalətində yerləşən Semeru vulkanının püskürməsi qeydə alınıb.

AFN.az Antara agentliyinə istinadən xəbər verir ki, bu barədə vulkan üzərində müşahidə aparan məntəqə məlumat yayıb.

Bildirilib ki, püskürmə nəticəsində kül kraterdən təxminən 2 min metr yüksəklikdə, yəni dəniz səviyyəsindən 5 676 metr hündürlükdə yayılıb.

Məlumata görə, kül əsasən şərq və cənub-şərq istiqamətində hərəkət edir.

Yerli hakimiyyət orqanları sakinlərə ehtiyatlı olmağı, xüsusilə də qızmış daşların atılması riski səbəbindən kraterə 5 kilometr radiusda yaxınlaşmamağı tövsiyə edib.

Qeyd edək ki, Semeru vulkanı dəniz səviyyəsindən 3 676 metr hündürlüyə malik olmaqla İndoneziyada dördüncü ən hündür vulkan, Yava adasının isə ən yüksək zirvəsidir.

18 min adadan ibarət olan və dünyanın ən böyük arxipelaqlarından sayılan İndoneziya Sakit okeanın “Od halqası” zonasında yerləşdiyindən güclü seysmik aktivlik ilə seçilir.

Ölkə ərazisində 500-dən çox vulkan mövcuddur ki, onlardan təxminən 130-u aktiv hesab olunur.

Seçilən
12
afn.az

1Mənbələr