Yazını böyüt
Yazını kiçilt
Gəncədə bıçalanma olub.
Hafta.az xəbər verir ki, şəhər sakini 1967-ci il təvəllüdlü M.Teymurov döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya çatdırılıb.
Xəstə əməliyyat edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir. 59 yaşlı kişinin hansı şəraitdə bıçaq xəsarəti alması məlum deyil.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.