AZ

İranda ümumölkə üzrə internet blokadası davam edir

ain.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

İranda internet bağlantısı 84 saatdan çoxdur ki, kəsilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə beynəlxalq internet monitorinq xidməti "NetBlocks" məlumat verib.

NetBlocks öz veb saytında bildirib ki, "Ümumölkə üzrə internetin bağlanması artıq 84 saatdan çox davam edib".

İnternetə çıxış məhdudiyyətləri 8 yanvar axşamı, iğtişaşçılar İranın bir çox şəhərlərində silahlı etirazlar keçirərkən tətbiq edilib. İran hakimiyyət orqanlarının məlumatına görə, həmin gecə 38 hüquq-mühafizə orqanı əməkdaşı və 13 mülki şəxs öldürülüb, dövlət və özəl mülkiyyətə külli miqdarda ziyan dəyib, məscidlər, xəstəxanalar və yanğınsöndürmə məntəqələri yandırılıb.

Məryəm Quliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
2
icma.az

3Mənbələr