"İranda son günlər baş verən hadisələrdən yararlanmağa çalışan qüvvələrin sayı günü-gündən artır. İran coğrafiyasında yaşayan həmvətənlərimiz bəzi mənfur niyyətli qüvvələrin küyünə getməməli, kütlə psixologiyasına tabe olmamaq üçün əllərindən gələni etməlidirlər".
Newscenter.az xəbər verir ki, bunları ictimai-siyasi fəal Anar Salehoğlu deyib. O bildirib ki, pəhləvilərin türklərə, azərbaycanlılara olan münasibətlərini keçmiş tarixdən xəbəri olan hər kəs bilir:
"Odur ki, İran xalqları Rza Pəhləvinin çağırışına müsbət reaksiya versələr və hakimiyyət zorla dəyişdirilsə İran parçalanacaq. Tramp da məhz bunun üçün çalışır".
Süleyman