AZ

İranda 3 günlük milli matəm elan olundu



İran hökuməti iğtişaşlarda həlak olanların xatirəsinə üç günlük milli matəm elan edib, bayraqlar yarıya endirilib.

Bununla bağlı bəyanat dövlət televiziyası və radiosu vasitəsilə yayımlanıb. Bəyanatda İran Prezidenti Məsud Pezeşkianın yas mərasiminə qatılacağı vurğulanıb və ölkə vətəndaşları 12 yanvarda keçiriləcək ümumxalq yürüşündə iştirak etməyə çağırılıb.

Son məlumatlara görə, ölkənin müxtəlif bölgələrində iğtişaşçıların hərəkətləri nəticəsində azı 38 İran hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.

Ümumən iğtişaşlarda ölənlərin sayının isə 538-ə yüksəldiyi deyilir.

SAMİRƏ

Seçilən
27
baki-xeber.com

1Mənbələr