AZ

DİN: İki gündə 105 cinayət açılıb, 86 şübhəli saxlanılıb

Yanvarın 10–11-də ölkə ərazisində qeydə alınan 105 cinayətin, həmçinin əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin üstü açılıb. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. 

Axtarışda olan ümumilikdə 65 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 45 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Rəsmi statistikaya əsasən, həmin müddət ərzində narkotik vasitələrlə əlaqəli 49, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 72 fakt müəyyən edilib.

Məlumata görə, cinayət törətməkdə şübhəli bilinən 86 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Gülnar 

Seçilən
75
49
anews.az

10Mənbələr