Prezident İlham Əliyevin sözgedən müsahibəsi indiki həssas dönəm üçün çox vacibdir.
Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Prezident İlham Əliyevin yerli televiziyalara müsahibəsinə münasibət bildirərəkən qeyd edib. O, bildirib ki, heç kimə sirr deyil ki regionda geosiyasi vəziyyət çox gərgindir:
"Prezident müsahibəsində enerji təhlükəsizliyindən tutmuş məmur özbaşınalığına Azərbaycanın kadr potensialının artırılmasına qədər bütün məslələrə münasibət bildirdi. Bu müsahibədə irəli sürülən fikirlər proqram xarakterli olamqla hamımız üçün yol xəritəsidir".