AZ

Cinayətdə şübhəli bilinən 86 nəfər saxlanıldı

Yanvarın 10-da və 11-də ölkə ərazisində qeydə alınan 105, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
 
DİN-in Mətbuat Xidmətindən Moderator.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 65, o cümlədən borclu şəxs qismində axtarışda olan 45 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Narkotiklərlə əlaqəli 49, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 72 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 86 nəfər saxlanılıb.
Seçilən
17
49
moderator.az

10Mənbələr