AZ

Kristal MTK məcburi köçkün ailəni evindən çıxarır – Prezidentə müraciət / VİDEO

Kristal MTK məcburi köçkün ailəni evindən çıxarır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ailə videomüraciət yayıb.

Ailənin sözlərinə görə, 1988-ci ildə Göyçə mahalından məcburi köçkün gəlib Bakının Yasamal rayonu, “Qanlı Göl” adlanan ərazidə məskunlaşıblar.

Kristal MTK həmin ərazidə tikinti apararkən onların 36 ildən bəri yaşadıqları, lakin sənədsiz olan evin müqabilində hər kvadratmetrə 400 manat təzminat təklif edir. Eyni zonada yaşayan digər ailələrə isə mənzil verilir, bu isə narazılığa səbəb olub.

Ailə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

Qaçqın ailəsi bildirir ki, illərlə məskunlaşdıqları evdən bu şəkildə çıxarılmaları ədalətsizlikdir və məsələnin şəxsən dövlət rəhbərliyi tərəfindən nəzarətə götürülməsini xahiş edirlər.

@gray.sleymanovBu müraciətimiz Cənab Prezident İlham Əliyevə və Birinci Xanım Mehriban Əliyevayadır. Xahiş edirik, bizə köməklik göstərin.♬ original sound – Gəray Süleymanov

Seçilən
22
1
nocomment.az

2Mənbələr