AZ

Xırdalanda kanalizasiya lükü QƏZAYA SƏBƏB OLUB

Ajans.az xəbər verir ki, bu barədə videogörüntü paylaşılıb. Bildirilib ki, hadisə Qafqaz Universitetindən Xırdalana gedən, sürücülər arasında "çöl yol" kimi tanınan ərazidə baş verib. Həmin yolda kanalizasiya lükünün asfalt səthindən xeyli aşağıda yerləşməsi səbəbindən yaranmış çalaya düşən motosiklet sürücüsü idarəetməni itirərək yıxılıb və xəsarət alıb. Motosiklet sürücüsünün sözlərinə görə, hərəkət zamanı yolun ortasında belə bir çökəyin olduğunu görmək mümkün olmadığı üçün o, həmin çuxura düşüb və arxadan gələn avtomobillərin altında qalmaqdan son anda xilas ola bilib. Müzakirələrə qoşulan digər sürücülər problemin yeni olmadığını bildiriblər. Onların sözlərinə görə, sözügedən ərazidə kanalizasiya lükü uzun müddətdir bu vəziyyətdədir.

"Bir dəfə mənim də avtomobilimin sol təkəri həmin yerə düşmüşdü. Burada lük yol səviyyəsinə uyğunlaşdırılmalıdır ki, daha ağır hadisələr baş verməsin", - deyə şikayətlərdən birində qeyd olunub.(Mənbə: baku TV)

Seçilən
35
Ajans.az

1Mənbələr