AZ

Evini qanunsuz genişlədənlər HƏBS OLUNA BİLƏR

Rusiyada çoxmənzilli binalara qanunsuz artırma edənləri həbs gözləyə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, çoxmənzilli binalarda edilən qanunsuz dəyişikliklərlə bağlı əhaliyə xəbərdarlıq edilib.

Məlumata görə, binaya artırma etmək üçün mülkiyyətçi mütləq digər sakinlərin razılığını almalı və işləri yerli hakimiyyət orqanları ilə razılaşdırmalıdır. Əks halda qanunvericilikdə cərimə nəzərdə tutulub.

Hüquqşünaslar qeyd edirlər ki, əgər mülkiyyətçi icazə sənədlərini saxtalaşdırmağa cəhd edərsə, onu cinayət məsuliyyəti və azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Sakinlərin razılığı olmadığı təqdirdə tikili özbaşına tikinti hesab olunur. Bu zaman həm inzibati cərimə tətbiq edilir, həm də artırmanın sökülməsi həyata keçirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
11
interpress.az

1Mənbələr