Bir neçə gün əvvəl Bakı-Şamaxı yolunun Qobustandan keçən hissəsində baş vermiş qəzada yaralanan gənc vəfat edib.
"Cebheinfo.az" xəbər verir ki, hadisə zamanı “Chevrolet” markalı avtomobillə “Toyota” toqquşub.
Nəticədə “Chevrolet”in xəsarət alan 26 yaşlı sürücüsü Rəfa Rizvan oğlu Ağalı yerləşdirildiyi xəstəxanada ölüb.
Qeyd edək ki, mərhum Müsavat partiyasının Oğuz rayon təşkilatının sədri Rizvan Ağayevin oğludur.
"Cebheinfo.az"