AZ

Yük maşınını etirazçıların üzərinə sürdü: Yaralılar var

ABŞ-da yük maşını İrandakı etirazları dəstəkləyən mitinq iştirakçılarının üzərinə sürülüb.

Publika.az xəbər verir ki, bu barədə "BNO News" məlumat yayıb.

Los-Ancelesdə baş verən hadisədə bir neçə nəfər yaralanıb.

Məlumata görə, sürücü "U-Haul" yük maşını ilə bir qrup nümayişçinin arasından keçməyə çalışıb. Daha sonra sürəti artırıb və meydanın qalan hissəsindən keçib.

Bildirilir ki, hələlik neçə nəfərin xəsarət aldığı və onların vəziyyəti ilə bağlı məlumat yoxdur.

Seçilən
47
publika.az

1Mənbələr