Bakı. Trend:
Yeni ilin ilk tam iş həftəsi qlobal maliyyə bazarları üçünyüksək məlumat intensivliyi və artan həssaslıqla yadda qaldı.ABŞ-da açıqlanan əmək bazarı göstəriciləri, xüsusilə Qeyri-kəndtəsərrüfatı Süktorunda Yeni Yaranan İş Yerlərinin Sayı (NFP),Avrozonada və Almaniyada dərc olunan inflyasiya (CPI) məlumatlarıilə yanaşı davam edən geosiyasi risklər investor davranışınıbirbaşa formalaşdırdı. Bu amillər dünya birjalarında dalğalanmalarıartırdı, ABŞ dolları və qızıl isə həftənin əsas fokus aktivlərioldu.
ABŞ əmək bazarı: NFP bazar gözləntilərinidəyişir
Həftənin ən mühüm hadisəsi ABŞ-da açıqlanan dekabr ayına dairNFP hesabatı oldu. Məlumatlar əmək bazarının hələ də nisbi gücünüqoruduğunu göstərsə də, əvvəlki aylarla müqayisədə artım tempininzəiflədiyi müşahidə edildi. Orta saatlıq əməkhaqqında artımınyavaşıması inflyasiya təzyiqlərinin tədricən azalması ehtimalınıgücləndirdi.
Bu nəticələr bazarlarda Federal Ehtiyatlar Sisteminin 2026-cıilin ilk yarısında faiz endiriminə gedə biləcəyi gözləntiləriniyenidən ön plana çıxardı. Nəticədə, ABŞ istiqraz gəlirləri dalğalıhərəkət etdi, səhmlər isə məlumatlara selektiv reaksiya verdi.
Avrozona və Almaniya: CPI göstəriciləri və inflyasiyanarahatlıqları
Eyni dövrdə Avrozonada və Almaniyada açıqlanan İstehlakQiymətləri İndeksi (CPI) göstəriciləri Avropa iqtisadiyyatındainflyasiyanın tam nəzarət altına alınmadığını göstərdi. XüsusiləAlmaniyada enerji və xidmət qiymətlərindəki davamlı təzyiq AvropaMərkəzi Bankının (ECB) monetar siyasəti ilə bağlı qeyri-müəyyənliyiartırdı.
Bu vəziyyət Avropa fond bazarlarında ehtiyatlı ticarətə, avronunisə dollar qarşısında kəskin möhkəmlənə bilməməsinə səbəb oldu.Investorlar ECB-nin ABŞ-dan fərqli olaraq faiz endirimində daha dagecikə biləcəyini qiymətləndirməyə başladılar.
Geosiyasi hadisələr: risk algısı yüksəkqalır
05–11 yanvar həftəsində geosiyasi gündəm də bazarlar üzərindətəzyiqini saxladı. ABŞ–Çin münasibətlərində texnologiya və ticarətməsələləri üzrə gərgin ritorika, Yaxın Şərqdə davam edənqeyri-sabitlik və Şərqi Avropa ətrafında təhlükəsizlik riskləriqlobal risk algısını yüksəltdi. Bu fonda investorlar riskliaktivlərdə mövqelərini məhdudlaşdıraraq daha çox müdafiə xarakterlialətlərə yönəldilər.
ABŞ dolları: zəifliklə təhlükəsiz limanarasında
Həftə ərzində ABŞ dolları qarışıq dinamika nümayiş etdirdi. NFPhesabatında əmək bazarının tam zəifləmədiyini göstərən detallardollar üçün qısamüddətli dəstək yaratdı. Lakin, inflyasiyatəzyiqlərinin azalması və FED-in mümkün faiz endirimi gözləntiləridollar üzərində struktur zəiflik formalaşdırdı.
Geosiyasi risklərin artdığı sessiyalarda dollar yenə dətəhlükəsiz liman funksiyasını yerinə yetirsə də, ümumi mənzərədədollar indeksi üçün davamlı yüksəliş trendi formalaşmadı.
İnvestAZ-ınyeni kampaniyaları.
Qızıl: inflyasiya və risklərdən qidalananaktiv
Qızıl qiymətləri bu həftə investor davranışının ən aydıngöstəricilərindən biri oldu. ABŞ-da əməkhaqqı artımının yavaşlamasıvə faiz endirimi gözləntiləri qızılı dəstəklədi. Eyni zamanda,Avropada inflyasiyanın hələ də yüksək qalması və geosiyasi risklərqızılın təhlükəsiz liman kimi cəlbediciliyini artırdı.
Həftə ərzində bəzi sessiyalarda mənfəət götürmələr müşahidəedilsə də, ümumi istiqamət qızılın orta müddətli perspektivdə güclümövqeyini qoruduğunu göstərdi.
Cari həftə ərzində Amerikada açıqlanacaq İstehlak Qiymətləriİndeksi və İstehsal Qiymətləri İndeksi (PPİ) göstəriciləriinvestorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir.
Həmçinin, Avrozonada və İngiltərədə dərc olunacaq ÜmumdaxiliMəhsulun Həcmi, Sənaye İstehsalının Həcmi, Ticarət Saldosurəqəmləri, eləcə də, Amerikada yayımlanacaq Filadelsifiya FED-dənBiznes Aktivliyi İndeksi və İşsizlik Müavinəti üçün Müraciətlərinsayı kimi önəmli iqtisadi göstəricilər tendensiyalarınformalaşmasına ciddi təsir edə bilər.
EUR
Ötən həftəyə 1.17200 həddində başlayan EURUSD məzənnəsi 1.17430səviyyəsinə qədər bahalaşıb. Lakin, həftənin sonuna doğru qiymətgeriləyib və həftəni 1.16350 səviyyəsində tamamlayıb.
Hazırda 1.16550 hədlərində ticarət olunan məzənnədə “ayılar”qiyməti 1.17000 həddin altında qoruyub saxlaya bilsələr, eniştendensiyası davam edə bilər.
GBP
Keçən həftyə 1.34450 həddində başlayıb, 1.35670 hədlərinə kimibahalaşan GBPUSD məzənnəsi ötən həftənin sonuna doğru geriləyərəkhəftəni 1.34060 səviyyəsində tamamladı. Hazırda, 1.34170 hədlərindəticarət olunan paritetin qiyməti 1.33900 həddinin altın düşsə vəburada qalsa, eniş tendensiyası davam edə bilər.
XAUUSD
Qızıl bazarında müşahidə olunan kəskin bahalaşma qlobal maliyyəsistemində eyni anda bir neçə fundamental risk faktorunun üst-üstədüşməsinin nəticəsi oldu. ABŞ-da açıqlanan NFP hesabatındaəməkhaqqı artımının zəifləməsi Federal Ehtiyat Sisteminin 2026-cıildə faizləri endirə biləcəyi gözləntilərini gücləndirdi ki, bu dafaiz gətirməyən aktiv olan qızıl üçün güclü dəstək yaratdı. Eynizamanda Avrozonada və xüsusilə Almaniyada inflyasiyanın hələ dəyüksək qalması inflyasiyadan qorunma aləti kimi qızıla marağıartırdı. Bu proseslər fonunda ABŞ dollarının zəifləməsi qızılıqlobal investorlar üçün daha əlçatan və cəlbedici etdi.
Digər tərəfdən, geosiyasi risklərin artması qızılın təhlükəsizliman rolunu daha da gücləndirdi. ABŞ–Çin münasibətlərində davamedən gərginlik, Yaxın Şərqdə qeyri-sabitlik və əvvəlki həftələrdənmiras qalan ABŞ–Venesuela böhranı investorları riskli aktivlərdənuzaqlaşdıraraq qızıla yönəltdi.
Bu dövrdə qızılın yüksəlişini sürətləndirən daha bir səssiz,lakin çox güclü amil mərkəzi bankların qızıl ehtiyatlarınıartırmasıdır. Xüsusilə inkişaf etməkdə olan ölkələrin dollarasılılığını azaltmaq strategiyası qızıl bazarında uzunmüddətlistruktur tələbi formalaşdırır.
Bu faktor qızılın 4600$ səviyyəsini yalnız “pik” yox, potensialyeni norma kimi qəbul edilməsinə səbəb olur.
Ötən həftəyə 4355$-dan başlayan qızıl bahalaşraq 4517$-a qədəryüksəldi. Ötən həftəni 4507$ həddində tamamlayan sarı metal yenihəftəyə kəskin artımla başladı. və 4600$ həddini test etdi.
Hazırda isə 4565$-dan təklif edilən qızılda “buğalar” qiyməti4600$ həddinin üzərinə yüksəldə və burada qoruyub saxlaya bilsələr,artım tendensiyası daha kəskin xarakter ala bilər.