İranda islamçı rejimin süqutu ciddi geosiyasi nəticələrə səbəb olacaq. Bu, Rusiya və Putin üçün böyük məğlubiyyət olacaq.
Publika.az "Ukrinform"a istinadən xəbər verir ki, bunu keçmiş respublikaçı konqresmen Don Ritter deyib.
"İranda islamçı rejimin süqutu, xüsusən də iranlıların "Şahid-136" qırıcılarının istehsalında və onlar üçün hissələrin tədarükündə iştirakını nəzərə alsaq, Rusiya və Putin üçün böyük bir məğlubiyyət olardı", - deyə o bildirib.
Keçmiş konqresmen qeyd edib ki, qlobal səviyyədə İran və müttəfiqləri artıq məğlubiyyətə uğrayıblar.
O, İrandakı dəyişikliklərin nəticələrinin regiondan kənara çıxdığını vurğulayıb: “Rusiyadan əlavə, bu, Çin üçün də məğlubiyyət olardı. Çünki İran, Rusiya və Venesuela Çini neftlə təchiz edir və Çin də öz növbəsində bu ölkələri hərbi məqsədlər üçün istifadə edilə bilən əsas ikili təyinatlı avadanlıqlar da daxil olmaqla sənaye malları ilə təchiz edir”.