11:07 12.01.2026
11:07 12.01.2026
Bakıda iki nəfər dəm qazından boğularaq ölüb.
Yanvarın 10-da 1955-ci il təvəllüdlü Gülxar Əhədova yaşadığı Keşlə qəsəbəsində evin hamamında dəm qazından zəhərlənərək ölüb.
Qaradağ rayonunda isə yanvarın 11-də 1960-cı il təvəllüdlü Seyfulla Seyfullayev yaşadığı mənzilin hamamında dəm qazından zəhərlənərək ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.