AZ

DİQQƏT: Azərbaycanda bu universitetlər birləşdiriləcək

Azərbaycanda ali təhsil müəssisələrinin gələcəkdə birləşdirilməsi məsələsi müzakirə mövzusuna çevrilib. Maraqlıdır, gələcəkdə universitetlər birləşdirilə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, universitetlərin birləşdirilməsi real ehtimaldır:

“Universitetlərin birləşdirilməsi mümkündür və bu, müəyyən şərtlər daxilində məqsədəuyğun hesab edilir. Əgər ali təhsil müəssisələrinin regionlara və ya Bakı şəhərinin kənar ərazilərinə köçürülməsi prosesi həyata keçirilməyəcəksə, paytaxtın mərkəzində yerləşən ali təhsil müəssisələrinin birləşdirilməsi daha doğru yanaşma ola bilər”.

Ekspertin sözlərinə görə, Bakının mərkəzində fəaliyyət göstərən universitetlər şəhərin infrastrukturuna əlavə yük yaradır və tıxac problemini daha da aktuallaşdırır:

“Mərkəzdə yerləşən ali təhsil müəssisələri həm nəqliyyat, həm də ümumi şəhər infrastrukturu baxımından ciddi sıxlıq yaradır. Bu baxımdan birləşmə prosesi zərərli deyil, əksinə, müsbət nəticələr verə bilər”.

Ramin Nurəliyev qeyd edib ki, bəzi ali təhsil müəssisələrində inzibati fəaliyyətin birləşdirilməsi qaçılmaz olacaq. Onun fikrincə, ixtisasların köçürülməsi və ya birləşdirilməsi zamanı mütləq şəkildə yeni inzibati və tədris binalarının inşası nəzərə alınmalıdır:

“Hər bir ali təhsil müəssisəsində ixtisasların sayı kifayət qədər olmalı və bu proses planlı şəkildə həyata keçirilməlidir. Yalnız bu halda birləşmə təhsilin keyfiyyətinə mənfi təsir göstərməz”.

Ekspert hesab edir ki, düzgün planlama aparılacağı təqdirdə universitetlərin birləşdirilməsi ali təhsil sisteminin daha səmərəli fəaliyyətinə töhfə verə bilər.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
80
6
konkret.az

7Mənbələr