AZ

Vaşinqtondan Tehrana sərt mesaj: Ordu hazır vəziyyətdədir

Vaşinqtondan
ABŞ Prezidenti Donald Tramp Ağ Evə qayıdarkən "Air Force One" təyyarəsində jurnalistlərin beynəlxalq gündəmlə bağlı suallarını cavablandırıb. 1news.az xəbər verir ki, xarici KİV-lərə istinadən xəbər verir ki, Tramp İran, Venesuela, Qrenlandiya və Ukrayna ilə bağlı məsələlərə toxunub.
"İranın “qırmızı xətləri aşmağa başladığını” deyən Tramp, Tehran rəhbərliyinə qarşı mümkün addımların “nə zaman, harada və necə” atılacağı ilə bağlı açıqlama verməkdən imtina edib. ABŞ prezidenti bildirib ki, İran bir gün əvvəl Vaşinqtonla əlaqə saxlayaraq nüvə sazişi üzrə danışıqlara başlamağı təklif edib. Tramp mümkün görüşü istisna etməsə də, İranda davam edən etirazlara diqqət çəkib: “Onlarla görüşə bilərik. Görüş təşkil olunur. Lakin ölkədə baş verən hadisələr səbəbilə görüşdən əvvəl hərəkətə keçməyimiz lazım gələ bilər”. Ordu vəziyyəti araşdırır Tramp İranda bəzi etirazçıların öldürüldüyünə dair məlumatların daxil olduğunu bildirərək məsələni “son dərəcə ciddi” qiymətləndirdiklərini vurğulayıb. Onun sözlərinə görə, ABŞ ordusu hazırda vəziyyəti təhlil edir və müxtəlif variantları nəzərdən keçirir: “Ordu durumu araşdırır və olduqca güclü seçimləri qiymətləndirir. Yekun qərar veriləcək.” ABŞ prezidenti İrandakı etirazlarla bağlı “saatbasaat” hesabat aldığını da qeyd edib. İran rəhbərliyini sərt tənqid edən Tramp bildirib ki, Tehran rejimi ölkəni zorakılıq yolu ilə idarə edir: “Onlar lider deyillər. Onlar şiddət yolu ilə idarə edirlər. Biz bunu çox ciddi qəbul edirik”. “Görünməmiş cavab verərik” İranın ABŞ-ın mümkün hücumlarına cavab verəcəyi ilə bağlı xəbərdarlıqlarına da münasibət bildirən Tramp, Vaşinqtonun sərt reaksiya verəcəyini bəyan edib: “Əgər belə bir addım atsalar, indiyə qədər heç vaxt görmədikləri səviyyədə cavab verərik. Əlimdə son dərəcə güclü seçimlər var və cavab çox, amma çox güclü olacaq”. Qeyd edək ki, son günlər İranda baş verən etiraz aksiyaları və Vaşinqton–Tehran xəttində artan gərginlik beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.
Seçilən
30
1news.az

1Mənbələr