“Barselona”nın vingeri Lamin Yamal Kataloniya klubunun heyətində beşinci titulunu qazanıb.
Publika.az xəbər verir ki, onun komandası İspaniya Superkubokunun finalında “Real”ı 3:2 hesabı ilə məğlub edib.
Yamal bu uğura 18 yaş 182 günündə imza atıb. “Barselona”nın sabiq hücumçusu Lionel Messi həmin yaşa qədər klubla cəmi iki titul qazana bilib. Söhbət 2004/2005 mövsümündə İspaniya çempionluğu və 2005-ci ildə İspaniya Superkubokundan gedir.
Yamal isə “Barsa”nın forması ilə 2 dəfə La Liqanın, bir dəfə isə İspaniya kuboku və Superkubokunu qazanıb. Ölkəsinin milli komandası ilə Avropa çempionu olub.