AZ

“Beşiktaş”dan ayrılan futbolçu Braziliya klubuna keçib

Bakı, 12 yanvar, AZƏRTAC

Türkiyənin “Beşiktaş” komandasından ayrılan braziliyalı futbolçu Qabriel Paulista karyerasını ölkəsində davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, 35 yaşlı müdafiəçi “Korintians”a keçib. Onunla 2027-ci ilin yayınadək müqavilə imzalanıb.

Qabriel Paulista 2024-cü ildən “Beşiktaş”da çıxış edirdi.

 

Seçilən
43
1
azertag.az

2Mənbələr