AZ

MEDİA-nın yaradılmasından 5 il ötür

Bu gün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılmasından beş il ötür. Metbuat.az xatırladır ki, MEDİA Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə yaradılıb. Agentliyin əsas hədəfi müasir media modelinin formalaşdırılması, söz və məlumat azadlığının gücləndirilməsi, eyni zamanda medianın iqtisadi və texnoloji dayanıqlığının artırılmasıdır. Son illər ərzində media sahəsində hüquqi çərçivənin yenilənməsi, peşəkar jurnalistikanın təşviqi və etik normaların qorunması istiqamətində ardıcıl addımlar atılıb. MEDİA bu prosesdə aktiv iştirak edərək media haqqında qanunun tətbiq mexanizmlərinin formalaşmasına töhfə verib, sahədə vahid və şəffaf idarəetmə mühitinin yaranmasına şərait yaradıb. Agentliyin təşəbbüsü ilə jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədilə təlimlər, seminarlar və praktiki proqramlar həyata keçirilib, media qurumlarının fəaliyyətinin dəstəklənməsi üçün maliyyə mexanizmləri tətbiq olunub. Media Reyestrinin yaradılması isə jurnalist fəaliyyətinin sistemləşdirilməsi və peşəkar standartların möhkəmləndirilməsi baxımından mühüm mərhələ kimi qiymətləndirilir. MEDİA-nın fəaliyyəti təkcə daxili media mühiti ilə məhdudlaşmayıb. Qurum beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qlobal informasiya çağırışlarının müzakirəsi və Azərbaycan mediasının beynəlxalq platformalarda təmsilçiliyinin artırılması istiqamətində də ardıcıl təşəbbüslərlə çıxış edib. Beş illik fəaliyyətin nəticələri göstərir ki, MEDİA Azərbaycan mediasının keyfiyyətcə yeni mərhələyə keçidində, peşəkarlığın yüksəldilməsində və ictimai etimadın möhkəmləndirilməsində mühüm rol oynayıb.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
12
1
metbuat.az

2Mənbələr