AZ

“İranı yaxından izləyirik, xalqın cəsarətini yüksək qiymətləndiririk” - Netenyahu

İsrailin Baş naziri Benyamin Netanyahu İranda 16 gündür davam edən etirazları yaxından izlədiklərini açıqlayıb.

Missiya.Az xəbər verir ki, Netanyahu Nazirlər Kabinetinin iclasında etirazların artıq bütün ölkəyə yayıldığını bildirib.

O qeyd edib ki, İsrail cəmiyyəti İran xalqının göstərdiyi cəsarəti yüksək qiymətləndirir.

Baş nazir həmçinin vurğulayıb ki, İsrail İranda günahsız mülki şəxslərin qətlə yetirilməsini qəti şəkildə pisləyir. O, İran xalqının tezliklə zülmdən azad olacağına ümid etdiyini bildirib və qeyd edib ki, həmin gün gəldikdə iki ölkə yenidən yaxın müttəfiq ola bilər.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
26
missiya.az

1Mənbələr