“Neftçi”nin baş məşqçisi Yuri Vernidub qış toplanışında heyətlə bağlı planlamasına davam edir.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis qapıçı Kenan Piriçin çıxışından razı deyil. Ukraynalı çalışdırıcı onun göndərilməsinə qarşı olmayacaq.
Bosniyalı da bunun fərqindədir. Bu səbəbdən də o, özünə yeni komanda axtarışına başlayıb.
Hətta iddiaya görə, “ağ-qaralar” da hazırda qolkiper axtarışındadır. Vernidub komandaya ölkəsindən yeni qapıçı gətirməyə hazırlaşır.