AZ

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərdən YENİ XƏBƏR VAR

Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanının üç vətəndaşı - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.

Bizim.Media xəbər verir ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
 

MÖVZU İLƏ BAĞLI: 

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı – VİDEO


Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin hökmü ilə onlar 2 il müddətə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hadisə ötən ilin avqust ayında baş verib.

İttihama görə, sözügedən şəxslər Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər və orada çəkdikləri videonu sosial şəbəkədə yayıblar.

Alzaman Mahdi Ali, Alqhabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə ittiham olunurlar. (Report.az)

Bizim.Media

Seçilən
46
22
bizim.media

10Mənbələr