AZ

İranda etirazlar davam edir: Kinorejissor və general öldürüldülər - FOTO/VİDEO

İranın paytaxtı Tehranda keçirilən genişmiqyaslı etirazlar zamanı polislə nümayişçilər arasında toqquşma baş verib.
 
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
 
Sosial mediada yayılan videolara görə, qəzəblənmiş etirazçılar polis maşınına hücum edərək, onu yararsız hala salıblar.

 

Həmçinin kinorejissor Cavad Gənci Tehranda hökumət qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirib.

 

"Hengaw" xəbər mərkəzi tərəfindən əldə edilən araşdırmalar və videogörüntülər göstərir ki, hökumət qüvvələri bu etirazlar zamanı onlarla vətəndaşı birbaşa atəş açmaqla öldürüb və zorakılıq miqyası olduqca geniş olub.
 
Həmçinin İranda etirazlar zamanı Məşhəd şəhərində narkotiklə mübarizə bölməsinə rəhbərlik edən general Cavad Keşavarza öldürülüb. Onun ölümü barədə "The Sun" qəzeti yazıb.
 
Bu, İran Prezidenti Məsud Pezeşkianın nümayişlər zamanı həlak olanların xatirəsinə üç günlük milli matəm elan etməsindən sonra baş verib.
Seçilən
20
moderator.az

1Mənbələr