«Kəpəz» ötən mövsüm xidmətindən yararlandığı futbolçunu geri qaytarıb.
Söhbət Camal Cəfərovdan gedir.
Gəncə təmsilçisi yarımmüdafiəçini yenidən icarəyə götürməklə bağlı «Sabah»la razılığa gəlib.
Masazır klubunda özünü göstərmək şansı qazanmayan 24 yaşlı cinah oyunçusu mövsümün sonunadək «sarı-qırmızılar»ın şərəfini qoruyacaq.
Nizami yurdunun təmsilçisi hazırkı qış fasiləsində daha 2 transfer edib.
“Turan Tovuz”dan Veysəl Rzayevlə 6 aylıq müqavilə imzalayan “sarı-göylər” həmçinin gürcüstanlı Mate Abuladzeni sıralarına qatıb.
Cəfərov 2020-ci ilin iyul ayında «Anji»dən (Rusiya) «Sabah»ın əvəzedici heyətinə gəlib. Bir il sonra «bayquşlar»ın əsas komandasına cəlb olunub.
Ötən müddətdə burada 24 rəsmi oyuna çıxıb, 1 məhsuldar ötürməylə yadda qalıb. Azərbaycanın U-17 və U-21 yığmalarından dəvət alıb.
SPORTİNFO.AZ