ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında yayımladığı paylaşımda özünü Venesuelanın müvəqqəti prezidenti kimi göstərib.
"Cebheinfo.az" xəbər verir ki, Trampın paylaşımında onun adı Venesuelada icraedici hakimiyyətin rəhbəri qismində qeyd olunub.
ABŞ lideri daha əvvəl də Venesuelanın idarə olunmasında özünü əsas fiqur hesab etdiyini açıqlamışdı.
Bu paylaşım, Tramp ilə ABŞ-nin Dövlət katibi Marko Rubionun bir-birinə zidd açıqlamalarından sonra baş verən son hadisə kimi qiymətləndirilir.