AZ

ABŞ İsrailə “DUR” dedi: İrandakı vəziyyət aydınlaşana qədər müharibəyə icazə yoxdur

İrandakı vəziyyət Livanı xilas edir – “Hizbullah”ın tərksilahı dayandırılıb.

İnterpress.az xəbər verir ki, Yaxın Şərqdəki gərginliklə bağlı yeni diplomatik təfərrüatlar ortaya çıxıb.

Məlumata görə, Livanın “Əl-Cumhuriya” qəzeti diplomatik mənbələrə istinadən yazır ki, hazırda ABŞ başda olmaqla beynəlxalq güclərin diqqəti İrandakı hadisələrə yönəlib.

Onlar İranda rejimin gələcəyi ilə bağlı növbəti addımları nəzərdən keçirirlər.

Bu səbəbdən böyük dövlətlər İsrailə təzyiq göstərirlər ki, İrandakı vəziyyət tam aydınlaşana qədər Livanda və ya digər cəbhələrdə hərbi əməliyyatları genişləndirməsin.

Bildirilir ki, yaranmış vəziyyət Livan hökumətinə “Hizbullah”ın tərksilah edilməsi prosesinin ikinci mərhələsini təxirə salmağa imkan verib.

İsrail gündəlik hücumlarını davam etdirsə də, İran məsələsi həll olunana qədər genişmiqyaslı “açıq müharibə”yə icazə verilmir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
10
interpress.az

1Mənbələr