Bakı. Trend:
Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri xam neftin hasilathəcmi və ixrac qiymətinin azalması, həmçinin gəlir mənbələrinindaralması fonunda son beş il (2022–2026) ərzində ən aşağı səviyyədəproqnozlaşdırılıb.
Trend bubarədə Hesablama Palatasına istinadən xəbər verir.
Bildirilib ki, fərman layihəsinə əsasən, 2026-cı il üzrə Fondunbüdcə gəlirləri 13,032 milyard manat həcmində proqnozlaşdırılıb ki,bu da 2024-cü ilin müvafiq icra göstəricisindən 5, 007 milyardmanat və ya 27,8%, 2025-ci ilin təsdiq olunmuş büdcə gəlirindən 1,420 milyard manat və ya 9,8%, gözlənilən icra göstəricisindən isə1, 039 milyard manat və ya 7,4% azdır.
Vuerğulanıb ki, 2026-cı il üçün Fondun büdcəsinin bazagöstəricisi olan 1 barel neftin orta illik ixrac qiyməti növbəti ilüçün 65,0 ABŞ dolları, qazın Avropa Hub qiyməti 1000 kub metr üçün440,0 ABŞ dolları (BP tərəfindən təqdim edilən məlumata əsasən),Azərbaycan manatının ABŞ dollarına qarşı orta illik məzənnəsidövlət büdcəsi ilə eyni səviyyəsində götürülmüşdür. Eyni zamanda,Fondun 2022–2025-ci illər üzrə gəlir proqnozları ilə müqayisədə2026-cı il üçün gəlirlərin həcmi həmin dövr ərzində ən aşağısəviyyədə proqnozlaşdırılıb.
“Cari ilin 9 ayı üzrə Fondun büdcə gəlirlərinin 90,5%, büdcəxərclərinin isə 74,6% icra olunması, müvafiq tarixə xam neftin ortasatış qiymətinin (71,4 ABŞ dolları) proqnozlaşdırılan (70,0 ABŞdolları) məbləğdən 1,4 ABŞ dolları yuxarı olması, Fondunvəsaitlərinin idarəedilməsindən gəlirlərin büdcədə nəzərdətutulandan (2036,6 mln. ABŞ dolları) 151,2% icra edilməsi ,neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı nəzərdətutulmuş dividend məbləğinin (396,2 mln. manat) daxil olmamasınabaxmayaraq Fondun aktivlərinin dəyəri cari ilin əvvəli iləmüqayisədə (60 031,4 mln. ABŞ dolları) 16,9% artaraq 70 161,8 mln.ABŞ dollarına (büdcədənkənar gəlirlər nəzərə alınmaqla 10 130,4mln. ABŞ dolları) çatmasına şərait yaratmışdır. Fondun gəlir vəxərclərinin 9 aylıq icra göstəricilərinin yüksək olmasına və xamneftin xalis mədaxil qiymətinin büdcədə nəzərdə tutulan proqnozgöstəricilərini üstələməsinə baxmayaraq, Razılaşma Protokolu üzrə209,4 mln. manat, neft-qaz layihələrinin həyata keçirilməsi iləbağlı dividendlər üzrə 396,2 mln. manat vəsaitin daxil olmaması,həmçinin tranzit gəlirlərinin proqnozdan geri qalması nəticəsindəFondun 2025-ci ilin sonuna gözlənilən ümumi daxilolmaları üzrə381,3 mln. manat azalma proqnozlaşdırılır”, - məlumatda qeydedilib.