AZ

“Fənərbaxça” ulduz futbolçunu transfer edir

“Atalanta” “Fənərbaxça” ilə adı hallanan Ademola Lukman barədə açıqlama verib. Metbuat.az xəbər verir ki, “Atalanta”nın nümayəndəsi Luka Perkassi futbolçunun “Fənərbaxça”ya transferindən danışıb. O transfer barədə suala, “Hələ türk dilini öyrənməmişəm”, - deyə cavab verib. Bəzi dairələr hesab edir ki, Luka Perkassinin reaksiyası “Fənərbaxça”nın futbolçunu transfer etmək üçün danışıqlar apardığını ortaya qoyur.

Qeyd edək ki, Ademola Lukman bu mövsüm "Atalanta"da 16 oyunda 3 dəfə fərqlənib və 1 məhsuldar ötürmə edib. "Atalanta" ilə 2027-ci ilə qədər müqaviləsi olan Lukmanın transfer dəyəri 35 milyon avrodur. Futbolçunun “Atalanta”dan ayrılmaq istədiyi iddia edilir.

Seçilən
19
metbuat.az

1Mənbələr