AZ

Dövlət Neft Fondunun daxilolmaları üzrə 381,3 mln. manat azalma proqnozlaşdırılır

BAKI, 12 yanvar. TELEQRAF

Dövlət Neft Fondunun (ARDNF) 2025-ci ilin sonuna gözlənilən ümumi daxilolmaları üzrə 381,3 mln. manat azalma proqnozlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2026-cı il büdcəsinin layihəsinə rəyində qeyd edilib.

Məlumata görə azalma Fondun gəlir və xərclərinin 2025-ci ilin 9 ayı üzrə icra göstəricilərinin yüksək olmasına və xam neftin xalis mədaxil qiymətinin büdcədə nəzərdə tutulan proqnoz göstəricilərini üstələməsinə baxmayaraq, Razılaşma Protokolu üzrə 209,4 mln. manat, neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı dividendlər üzrə 396,2 mln. manat vəsaitin daxil olmaması, həmçinin tranzit gəlirlərinin proqnozdan geri qalması nəticəsində proqnozlaşdırılıb.

Seçilən
59
teleqraf.com

1Mənbələr