AZ

Dövlət Neft Fondunun 2026-cı il büdcəsi profisitlə proqnozlaşdırılıb

Dövlət

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2026-cı il büdcəsi profisitlə proqnozlaşdırılıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Hesablama Palatasının ARDNF-in 2026-cı il büdcəsinə verdiyi rəydə bildirilib.

Qeyd edilib ki, neft hasilatının həcminin azalması, xam neftin satış qiymətinin 5,0 ABŞ dolları aşağı olması ilə 65 ABŞ dolları nəzərdə tutulması, akrhesab ödənişlərinin nəzərdə tutulmaması, tranzit və bonus gəlirlərinin minimallaşdırılması, digər gəlir mənbələri üzrə müvafiq artımların nəzərdə tutulmasına baxmayaraq (o cümlədən idarəetmə gəlirlərinin və gəlirlilik faizinin 0,2% artıq olması) 2026-cı il büdcə gəlirlərinin cari ilin büdcəsinə nəzərən (1 mlrd. 420,1 mln. manat) 9,8% az, Fondun xərclərinin isə müvafiq olaraq əsasən dövlət büdcəsinə transfert məbləğinin əhəmiyyətli dərəcədə azalması hesabına (1624,9 mln. manat) 11,1% az proqnozlaşdırılmasına şərait yaratmaqla Fondun 2026-cı il büdcəsinin 17,0 mln. manat məbləğində profisitlə proqnozlaşdırılmasını şərtləndirib.

Seçilən
5
4
xalqcebhesi.az

5Mənbələr