AZ

Baş həkim niyə işdən çıxarılıb? – Xəstəxanada nələr baş verir...

Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi Mətləb Musayev tutduğu vəzifədən azad edilib. 

Bununla bağlı müvafiq əmr imzalanıb. Hazırda baş həkim vəzifəsinə yeni təyinat yoxdur. Qeyd edək ki, M.Musayev müğənni Mənzurə Musayevanın qardaşıdır. 

“Cebheinfo.az”-ın əldə etdiyi məlumata görə, baş həkimin işdən çıxarılmasına səbəb xəstəxananın cərrahlarından tərəfindən həyata keçirilən əməliyyat zamanı yalnışlığa yol verilməsi olub. Belə ki, həmin cərrahın  xəstənin öd kisəsinin əməliyyatı zamanı qaraciyəri zədələdiyi bildirilir. 

Bununla bağlı xəstənin yaxınları müvafiq qurumlara müraciət ediblər. Nəticədə komissiya təşkil olunub. Komissiyanın yoxlamaları nəticəsində həmin cərrah nəinki vəzifəsindən, hətta həkimlik peşəsindən kənarlaşdırılıb. 

Bunun müqabilində işdən çıxarılan cərrah onu “müdafiə etməyən” baş həkimlə bağlı müəyyən faktları açıqlayıb. Nəticədə isə xəstəxananın baş həkimi vəzifəsindən azad edilib. 

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlayıb.

TƏBİB-dən "Cebhenfo.az"-ın sorğusuna cavab olaraq bildirlib: 

"Sumqayıt Tibb Mərkəzinin strukturuna daxil olan 1 nömrəli Şəhər Xəstəxanasında baş vermiş kadr dəyişikliyi ilə bağlı bildiririk ki, Mətləb Musayev öz ərizəsilə 09.01.2026-cı il tarixində Mərkəzin direktoru Elnur Azadxanovun əmri ilə tutduğu baş həkim vəzifəsindən azad olunaraq ixtisasına uyğun olaraq Urologiya şöbəsində həkim-uroloq vəzifəsinə keçirilib".

Seçilən
69
cebheinfo.az

1Mənbələr