Şəmkirdə yol qəzası olub.
Moderator.az-ın məlumatına görə, hadisə Bakı-Qazax avtomagistral yolun rayonunun Seyfəli kəndi ərazisindən keçən hisəsində qeydə alınıb. Hərəktədə olan "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarında dayanayan "VAZ 21015"ə daha sonra "Ford Fusion" markalı minik avtomobillərinə çırpılıb. Qəzadan sonra "Mercedes" yoldan çıxaraq aşıb. Nəticədə xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.