AZ

Boqdan İvan: Rumıniya Avropa İttifaqının aparıcı təbii qaz istehsalçısıdır

Bakı, 12 yanvar, AZƏRTAC

Rumıniya Avropa İttifaqının (Aİ) ölkələri arasında aparıcı təbii qaz istehsalçısıdır və soyuq havaların başlanğıcında qaz anbarlarını 100 faiz dolduran yeganə ölkədir.

AZƏRTAC xəbər verir ki, Rumıniyanın energetika naziri Boqdan İvan bunu Digi24 televiziya kanalına müsahibəsində deyib. “Bu gün Rumıniya Avropa İttifaqının ən böyük təbii qaz istehsalçısıdır. Biz hazırda sutkada 21-23 milyon kubmetr qaz istehsal edirik və hazırda 3 milyard kubmetrlik qaz anbarlarımızın təxminən 68 faizi doludur”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, noyabrın 1-dək Rumıniya qaz anbarlarını 100 faiz dolduran yeganə Aİ ölkəsi olub.

Rumıniyanın qaz ehtiyatları ilə bağlı müzakirələr ölkədə qaz çatışmazlığı fonunda Buxarestin Moldova və Ukraynaya mavi yanacaq satması barədə mediada yayılan məlumatlar səbəbindən başlayıb.

Qeyd edək ki, Rumıniya Avropa İttifaqında ən ucuz qaza malik üç ölkədən biridir.

Seçilən
40
1
azertag.az

2Mənbələr