Ötən gecə saat 02:20 radələrində 2 azyaşlı Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına, 3 nəfər isə akademik Z. Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Gəncə Şəhər Birləşmiş Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, dəm qazının toksiki təsiri diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.