Bu il Azərbaycanda daha dörd sosial xidmətlər mərkəzinin yaradılması planlaşdırılır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Dost tv-nin canlı efirində deyib.
Onun sözlərinə görə, 2021-ci ildən yaradılan bu mərkəzlərin sayı altıdır:
"Bu il yaradılması planlaşdırılan sosial xidmət mərkəzlərinin Xəzər, Xətai və digər rayonlarda olması planlaşdırılır".