O daha sonra əlavə edib: "Bir neçə telekanal istədi ki, gəlib onu çəksin. Çəksələr belə danışmayacaq. Ona görə də razılıq vermədik. O, hər zaman efirlərdə olub, bayramlarda çıxışlar edib. Mahnıları dillər əzbəridir. İstəməzdik ki, onu tamaşaçılar indiki vəziyyətində görsün. Ona görə də çəkilişlərə icazə vermirik. Qoy, elə tamaşaçıların yaddaşında əvvəlki aşıq Əhliman kimi qalsın. Onun bu vəziyyəti ailəsini də, dostlarını da çox üzür. Əlimizdən dua etməkdən başqa heç nə gəlmir. Kaş, yenə də sazı əlinə götürüb, ifa edə biləydi" - deyə sənətkarın xanımı bildirib.