Bakı. Trend:
Filippinin Sebu şəhərində yerləşən zibil poliqonunda nəhəngtullantı qalağın uçması nəticəsində həlak olan insanların sayı 8nəfərə çatıb, onlarla insan hələ də itkin düşmüş sayılır.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Sebu Şəhər Fövqəladə Hallar üzrə Şurasının sədri, müşavir DaveTumulak bildirib ki, xilasedicilər bazar ertəsi səhər saatlarındaitkin düşmüş 28 nəfərin axtarışını davam etdirir. Sahənin əlçatmazərazilərinə daxil olmaq üçün krandan istifadə olunur.
Qeyd edək ki, Sebu şəhərində 20 mərtəbəli bina hündürlüyünd olanzibil qalağı yanvarın 8-də uçmuşdu. İnsident nəticəsində 50-yəyaxın sanitariya işçisi torpaq və tullantıların altında qalıb.