AZ

Gözəllik yarışmasının qalibləri bəlli oldu

MISS & MISTER AZERBAIJAN 2025 Milli Gözəllik Müsabiqəsinin final gecəsi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutub.


Final gecəsində münsiflər heyəti kimi iştirak edənlər:

Amil Abbasov - münsiflər heyətinin sədri, icraçi direktor.

İqor Yakovenko - "Tərəqqi"  medalı ilə təltif olunan iş adamı, AzEl şirkətinin prezidenti.

Racani Çandra - Doktor - ginekolog, "Hind" Klinikasının baş həkimi.

Aynur Nurlu - publisist, jurnalist. 

Eldar Xalıqov - iş adamı, "Aristokrat" brendinin təsisçisi.

Merlin Rzayeva - MISS SPORT 2013, tanınmış model və blogger.

Doktor Ronald D'Mello -

Hind Klinikasının direktoru

Сənab Srinvasa Rao Javvadi -

Azərbaycanda Hindistan Səfirliyində Konsulluq və Mədəniyyət məsələləri üzrə İkinci katib.

Dilrübə Həsənli - psxilog.

Və 2024 ilin qalibləri:

Deniz İsmiyeva (Miss Azerbaijan 2024)

İsməli Abbaszadə (Mister Azerbaijan 2024)

Əli Həsənli (Vice Mister Azerbaijan 2024)

Fidan İsmailova (I Vice Miss Azerbaijan 2024) 

Murad Mustafazadə (Mister Baku 2024)

Aliya Alibəyli (Miss Super Model 2024)

Yeganə Həsənli (Miss Photo Model 2024)

İnci Hüseynzadə (Miss Grace 2024) 


Gecənin qalibləri 

MISS AZERBAIJAN 2025 

Aytən Əbilova  və

MISTER AZERBAIJAN 2025 

Ülvü Mehrəli oldular.


Diqər nominasiyaların qalibləri: 

I VICE MISS AZERBAIJAN 2025 

Almaz Dövlətova

II VICE MISS AZERBAIJAN 2025 

Selin Rüstəmova

III VICE MISS AZERBAIJAN 2025 

Sevinc Qasımova

MISS BAKU 2025 

Mələkxanım Qasımova

MISS SUPER MODEL 2025

Nuranə Babayeva

MISS PHOTO MODEL 2025

Brilyant Əliyeva

MISS CHARM 2025 

Sofiya Əliyeva-Klıçkova


I VICE MISTER AZERBAIJAN 2025 

Özcan Qurbanov 

II VICE MISTER AZERBAIJAN 2025 

Anar Musayev

III VICE MISTER AZERBAIJAN 2025 

Kənan Həsənli 

MISTER BAKU 2025

İlqar Nuriyev 

MISTER SUPER MODEL 2025 

Rəvan Ərəstunov


Qeyd edək ki, MISS & MISTER AZERBAIJAN Milli Gözəllik Müsabiqəsi ölkəmizdə 1996-ci ildən etibarən keçirilir.  Müsabiqənin təsisçisi "Qızıl Qələm" mükafatının laureatı "Azərbaycan Bayrağı" mükafatı ilə təltif olunan jurnalist, publisist, yazıçı - Anelya Orduxanovadır.

Bununla yanaşı, Anelya Orduxanova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə təsis edilən “Azərbaycan Milli Mətbuatının 150 illiyi” (1875–2025) yubiley medalı ilə də təltif olunub. Bu mükafat onun Azərbaycan mətbuatının inkişafına verdiyi töhfələrin dövlət səviyyəsində yüksək qiymətləndirilməsinin göstəricisidir.


Tədbirə @azerbaijanmodelschool (Peşəkar Model Məktəbi) dəstək verib.

Əlavə məlumat üçün əlaqə nömrələri: +994 55 897 71 83, +994 55 767 88 37.


Təşkilatçılar müsabiqəyə göstərilən informasiya dəstəyinə görə Haberim, Bizim Yaka İstanbul, Ankara Şehir gazetesi, Güclü Ankara gazetesi, Bizim Samsun, Ankara Haber Gündemi, Başkent Postası, Başkent, Erzurum Politik və Cumha Cumhur Haber Ajansı KİV-lərinə minnətdarlıqlarını bildiriblər.

Milli Kütləvi İnformasiya vəsitələrindən isə final gecəsinə informasiya dəstəyi göstərən: citylife.az, magazinews.az, azia.az saytları oldular.



Seçilən
21
azia.az

1Mənbələr