AZ

Qubada QHT-lərin iştirakı ilə dəyirmi masa keçirilib - FOTOLAR

09 yanvar 2026-cı il tarixində “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin ofisində Quba rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının iştirakı ilə dəyirmi masa formatında görüş keçirilib.

QHT.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq Fərman, Agentlikdə aparılan struktur islahatları, İdarə Heyyətinin yaradılması və Müşahidə Şurasının yeni tərkibinin müəyyənləşdirilməsi məsələləri müzakirə olunub.

Tədbirdə ictimai birliklərin cəmiyyətin inkişafında artan rolu vurğulanıb, Azərbaycan Respublikası Prezidentinin QHT-lərə və ümumilikdə vətəndaş cəmiyyətinə göstərdiyi diqqət və qayğı yüksək qiymətləndirilib. Qeyd edilib ki, Prezidentin Fərmanına əsasən formalaşdırılan yeni idarəetmə sistemi III sektorun fəaliyyətində şəffaflığın təmin olunmasına və bütün təşkilatlar üçün bərabər imkanların yaradılmasına mühüm töhfə verəcək.

Görüş zamanı “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin müəllimlərdən ibarət komandasının “Xəmsə” Milli İntellektual Oyununda 11 001 bal toplayaraq qalib gəlməsi xüsusi qeyd olunub. Bu münasibətlə təşkil olunacaq tədbir, eləcə də Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab İlqar Mahmudovun təşəbbüsü ilə QHT-lərin təşkilatçılığı altında dövlət qurumlarının əməkdaşları arasında keçirilməsi planlaşdırılan intellektual müsabiqəyə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı nəzərdə tutulan tədbirlərin icra planının hazırlanması, müsabiqənin formatının müəyyənləşdirilməsi və bu istiqamətdə iş bölgüsünün aparılması qərara alınıb.

Tədbirdə Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək, “İnnovativ İnkişafa Dəstək” və “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birlikləri iştirak ediblər.

Seçilən
26
1
qht.az

2Mənbələr