AZ

Bakıda məşhur mağazalar şəbəkəsi satılıb - İşçilərdən kütləvi şikayət

Bakıda məşhur mağazalar şəbəkəsi satılıb - İşçilərdən kütləvi şikayət

Bakıda fəaliyyət göstərən məşhur mağazalar şəbəkəsi satılıb.

AFN.az Qaynarinfo-ya istinadən xəbər verir ki, "MAPLE TRADING" MMC-yə məxsus "Grab Star" ərzaq və şirniyyat mağazalar şəbəkəsi yeni yaradılan "Grand Novatra" MMC-yə keçib.

"MAPLE TRADING" MMC-nin qanuni təmsilçisi iş adamı Məmmədov Anar Zakir oğlu mağazalar şəbəkəsini satdıqdan sonra şirkəti bağlayıb.

Məlumata əsasən, Anar Məmmədovun şirkəti bağlamasından sonra xeyli sayda işçi onun qanunsuz əməlləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət edib.

Qeyd olunur ki, 25 avqust 2025-ci il tarixində dövlət qeydiyyatına alınan "Grand Novatra" MMC ləğv edilmiş "MAPLE TRADING" MMC ilə eyni ünvanda – AZ1095, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 191, mənzil 26-da yerləşir.

Yeni yaradılan "Grand Novatra" MMC-nin qanuni təmsilçisi Qürbət Əliyev Əlimeyran oğludur.

Seçilən
69
4
afn.az

5Mənbələr