Başqırstanda “Ufimskiy Sokol” uşaq idman düşərgəsində pələng 12 yaşlı uşağa hücum edib.
Redaktor.az xəbər verir ki, bu barədə "Shot Teleqram" kanalı məlumat yayıb.
Heyvan meşədən düşərgənin ərazisinə daxil olub və daha sonra 12 yaşlı qıza hücum edib. Düşərgə əməkdaşları dərhal müdaxilə edərək uşağı vəhşi heyvandan ayırıb, lakin heyvan bir neçə dəfə qızı dişləyə bilib.
Hadisə yerinə polis, Rusiyanın Təbiəti Mühafizə Nazirliyi, vəhşi heyvanların reabilitasiya mərkəzi və təcili yardım əməkdaşları gəlib. Pələng tutulub, lakin ona yardım göstərmək mümkün olmayıb. Qeyd edilir ki, heyvanda şiddətli formada qızdırma xəstəliyi mövcud olub.
Aytəkin TOFİQQIZI