AZ

Moskva Dövlət Universitetinin Bakı filialı vakansiya elan edir 

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı aparıcı mühasib vakansiyası elan edir.

Bu barədə AZƏRTAC-a MDU-nun Bakı filialından məlumat verilib. Vakant olan vəzifə haqqında məlumatı təqdim edirik:

İş qrafiki: Tam ştat, 6 günlük

- Həftəiçi: 09:00–17:00

- Şənbə: 09:00–15:00

Əməkhaqqı: Müsahibə əsasında müəyyən ediləcək.

Ünvan: Binəqədi rayonu, Xocasən qəsəbəsi, Universitet küçəsi, 1

Vəzifə öhdəlikləri:

- Mühasibat uçotunun mövcud qanunvericiliyə uyğun şəkildə aparılması

- Maliyyə hesabatlarının (aylıq, rüblük, illik) hazırlanması və təqdim edilməsi

- Vergi, DSMF və digər dövlət orqanlarına müvafiq hesabatların vaxtında təqdim edilməsi

- Büdcə və büdcədənkənar vəsaitlərin uçotuna nəzarət

- Əməkhaqqı, məzuniyyət, ezamiyyə, tələbə təqaüdləri və digər ödənişlərin hesablanması və ödənilməsinin təmin edilməsi

- Əsas vəsaitlərin, ehtiyatların və mal-material qiymətlilərinin alınması, istismara verilməsi, amortizasiyasının hesablanması, balansdan silinməsi və inventarizasiyanın aparılması

- Mühasibat sənədlərinin düzgün və vaxtında rəsmiləşdirilməsi

- Rəhbərliyin və baş mühasibin tapşırıqlarının icrası

Namizədə tələblər:

- Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə)

- Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi

- Dövlət müəssisəsində və ya ali təhsil müəssisəsində iş təcrübəsi arzuolunandır.

- AR Vergi Məcəlləsi, əmək qanunvericiliyi və mühasibat uçotu üzrə biliklər

- 1C, MS Excel və müvafiq mühasibat proqramlarında sərbəst işləmək bacarığı

- Azərbaycan dili vacibdir. Rus dili arzuolunandır.

- Məsuliyyətlilik, dəqiqlik və analitik düşüncə.

Vakansiya ilə maraqlanan şəxslər CV-lərini məktubun mövzu hissəsində müraciət etdikləri vəzifənin adını qeyd etməklə [email protected] elektron ünvanına fevralın 5-dək göndərə bilərlər.

Seçilən
26
3
azerbaijan-news.az

4Mənbələr