AZ

Moskvada qarın qalınlığı yarım metrə çatdı

Bazar ertəsi Moskvada qarın qalınlığı 49 santimetrə çatıb.
ONN media xəbər verir ki, bu barədə “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets məlumat verib.
“Moskvada qarın qalınlığı 49 santimetrə çatıb. Son yağıntıdan sonra yağan qar örtüyü nəzərəçarpacaq dərəcədə artıb və Moskvada qarın qalınlığının yarım metrə çatmasına bir santimetr qalıb”, - Tişkovets bildirib.

Seçilən
12
1
onn.az

2Mənbələr