AZ

“ConstructionTech Incubation” proqramının qalibləri elan edilib (FOTO)

Bakı.Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İnnovasiyavə Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə həyatakeçirilən “ConstructionTech Incubation” layihəsi çərçivəsindəinkubasiya proqramı başa çatıb və qaliblər müəyyənləşdirilib.

Yekun tədbirdə bildirilib ki, layihənin əsas məqsədi tikinti vəinşaat sahəsində innovativ startap təşəbbüslərinin inkişafınıtəşviq etmək, gənclərin rəqəmsal bacarıqlarını gücləndirmək və yenitexnoloji həllərin formalaşmasına dəstək verməkdir. Proqramçərçivəsində iştirakçılar üçün təlimlər, mentorluq görüşləri vəustad dərsləri təşkil olunub.

AzMİU rəhbərliyinin nümayəndələri çıxışlarında layihənin ölkədəinnovasiya ekosisteminin formalaşmasına töhfə verdiyini,universitetdə innovasiyayönümlü təhsil mühitinin yaradılmasınınprioritet istiqamətlərdən biri olduğunu vurğulayıblar. Qeyd olunubki, proqram iştirakçılarının əldə etdiyi bilik və təcrübə onlarıngələcək peşəkar fəaliyyətində mühüm rol oynayacaq.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndəsilayihənin uğurla icra edildiyini, iştirakçıların fəallığının vəmarağının yüksək səviyyədə olduğunu bildirib və bu tiptəşəbbüslərin davamlılığının vacibliyini qeyd edib.

Məlumata görə, inkubasiya proqramına ümumilikdə 18 komandamüraciət edib, onlardan 11-i seçilərək proqrama cəlb olunub.İnkubasiya dövründə 10 təlimçi tərəfindən 20 təlim keçirilib, 12mentor və 5 ekspertin iştirakı ilə ustad dərsləri təşkil olunub.Seçim meyarlarına əsasən 6 startap komandası final mərhələsinəyüksəlib.

Final günü münsiflər heyətinin qiymətləndirməsi nəticəsində 3startap komandası qalib elan olunub. Birinci yerə “Contheron”komandası layiq görülərək 5500 manat mükafat qazanıb. İkinci yerinqalibi “İnvictus” komandası 4000 manat, üçüncü yerin sahibi olan“Groove” komandası isə 3000 manat mükafat əldə edib.

Qeyd edək ki, “ConstructionTech Incubation” kimi layihələrAzMİU-nun innovasiyayönümlü memarlıq və inşaat təhsili sahəsindəmövqeyini gücləndirməklə yanaşı, gənclərin startap ekosisteminəinteqrasiyasına və texnoloji sahibkarlığın inkişafına mühüm töhfəverir.

“ConstructionTech
“ConstructionTech
“ConstructionTech
“ConstructionTech
“ConstructionTech
“ConstructionTech
“ConstructionTech
Məqalədə:
Seçilən
44
3
az.trend.az

4Mənbələr