AZ

Azərbaycandan Suriyaya qaz ixracının həcmi məlum olub

Bakı. Trend:

Ötən il Azərbaycandan Suriyaya 0,5 milyard kubmetr təbii qazixrac edilib.

Bu barədə Trend Energetika Nazirliyinə istinadən xəbərverir.

Ümumilikdə isə, 2025-ci ildə Azərbaycandan qaz ixracı 25,2milyard kubmetr təşkil edib. Hesabat ilində ixrac edilmiş qazdan12,8 milyard kubmetr Avropaya, 9,6 milyard kubmetr Türkiyəyə (ocümlədən TANAP-la 5,6 milyard kubmetr), 2,3 milyard kubmetrGürcüstana nəql edilib.

2024-cü illə müqayisədə ötən il Azərbaycandan Avropaya qazixracı 0,1 milyard kubmetr (-0,8%), Türkiyəyə 0,3 milyard kubmetr(-3%) (TANAP-la ixrac eyni səviyyədə qalıb), Gürcüstana isə 0,1milyard kubmetr və ya (-4,1%) azalıb.

Qeyd edək ki, 2025-ci ilin avqustun 2-dən etibarən Azərbaycanqazının Türkiyə üzərindən Suriyaya ixracına start verilib.Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbiiqazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsiləHələb və Homsdakı elektrik stansiyalarına çatdırılır və elektrikenerjisi istehsalında istifadə olunur. Bu proses nəticəsində 1200-1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunmasınəzərdə tutulur.

Məqalədə:
Seçilən
63
4
az.trend.az

6Mənbələr